Ukrayna müharibəsi 3 cü dünya müharibəsinə yol aça bilər Tramp

15.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"İndi vəziyyət əvvəlkindən daha yaxşı olsa belə, Ukraynadakı münaqişə üçüncü dünya müharibəsinə yol aça bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyində etdiyi çıxış zamanı bildirib.

“Sözün düzü, bəxtimiz gətirib ki, biz hələ burdayıq. Mənə elə gəlir ki, bizdə hər şey alınacaq, amma Ukrayna münaqişəsi asanlıqla Üçüncü Dünya Müharibəsinə çevrilə bilər”, - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, belə bir ssenaridə baş verə biləcək qlobal müharibə nüvə silahları və digər müasir hərbi vasitələrdən istifadə baxımından öncəki heç bir müharibəyə bənzəməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью