Ukrayna müharibəsi ilə bağlı dönüş nöqtəsi Rubio şad xəbər verdi

04.02.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün Vaşinqtonun səylərini davam etdirəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, silahlı münaqişələrin həlli çox vaxt ümid­siz görünə bilər, lakin bəzən gözlənilməz bir dönüş nöqtəsi yaranır.

Rubio bu fikirləri Əbu-Dabidə keçirilən üçtərəfli görüşləri şərh edərkən mətbuat konfransında səsləndirib.

“Birləşmiş Ştatlar danışıqlarda irəliləyişə nail olmaq üçün mümkün olan hər şeyi etməyə hazırdır”, – deyə Rubio vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью