Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna və Rusiya indi sülh razılaşmasına əvvəlkindən daha yaxındırlar.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"Düşünürəm ki, indi əvvəlkindən daha yaxınıq. Qalan tək şey, müqaviləni imzalamaqdır", - deyə o bildirib.
Uitaker vurğulayıb ki, müharibə nizamlanmasına son qoymalı olan yekun qərarlar ən çətini ola bilər. Buna baxmayaraq, o, artıq real təklifin olduğunu və sülh danışıqlarının həlledici mərhələyə çatdığını söyləyib.