Ukrayna müharibəsi rusları qənaətcilliyə öyrədib

10.10.2025

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ukrayna müharibəsi Rusiya vətəndaşlarını qənaətcilliyə öyrədib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Sberbank-ın Personal Finance Management (PFM) analitikasının məlumatlarından belə aydın olur.
Məlumata görə, 2023-cü ildən 2025-ci ilə qədər mütəmadi olaraq qənaət edən rusların sayı 57% artıb.
Tədqiqat göstərir ki, müntəzəm olaraq (rübdə ən azı iki ay) yığım edən müştərilərin sayı 2023-cü ildən 2025-ci ilə qədər 57% artıb. Sber mobil proqramında "Avto Əmanət" xidmətinin məlumatları ilin əvvəlindən aktiv istifadəçilərin sayında 8% artım olduğunu göstərir. Orta hesabla, müştərilər bu xidmətdən asanlıqla ildə təxminən 40.000 rubl qənaət etmək üçün istifadə edirlər.
Bununla belə, rusların yalnız 46%-i qənaət edərkən qarşısına məqsəd qoyub.
Mehman Mehdiyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью