Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Ukraynaya qarşı Rusiya ordusu sıralarında döyüşərkən ölən əcnəbilərin sayı 11 min nəfəri keçib.
“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, 2022-ci ildə qeydə alınan ölüm sayı təxminən 630 nəfər idisə, 2025-ci ildə bu rəqəm 5 min 500-ün üzərinə çıxıb.
Ölənlərin təxminən 3 min 700 nəfəri Ukrayna vətəndaşı və ya Ukraynada doğulmuş şəxslərdən ibarətdir. Bununla yanaşı, 6 mindən bir qədər çox şəxs Rusiya hüdudlarından kənarda dünyaya gəlsə də, həyatlarını itirdikləri vaxt Rusiya vətəndaşlığına malik olublar. Məişət texnikası
Araşdırmada Rusiya tərəfindən döyüşlərə cəlb edildiyi bildirilən Şimali Koreya hərbçilərinin itkiləri ilə bağlı rəqəmlər əks olunmayıb.