​Ukrayna müharibəsində ölən əcnəbilər… Azərbaycandan necə nəfər var? + SİYAHI

25.11.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) hakerlər tərəfindən ələ keçirildiyi iddia edilən məlumat bazası ətrafında müzakirələr davam edir.

“New Eurasian Strategies Centre” mərkəzinin hazırladığı analitik materialında Ukraynaya qarşı aparılan müharibənin Rusiyanın demoqrafiyasına və insan itkilərinə təsiri diqqət mərkəzinə çəkilir.

Məlumatlara görə, sızdırılan arxiv qeydləri və aparılan hesablamalar müharibənin Rusiya üçün ağır demoqrafik nəticələr yaratdığını göstərir. Təhlillərdə vurğulanır ki, Ukrayna cəbhəsindəki itkilər əvvəlki müharibələrin göstəricilərini üstələyib və bu proses əmək qabiliyyətli əhalinin azalmasını daha da sürətləndirir.

Eyni zamanda qeyd olunur ki, müharibədə həlak olanlar və yaralananlarla bağlı qeydiyyat məlumatları real itkilərin rəsmi və ya açıq mənbələrdə əks olunan rəqəmlərdən daha yüksək ola biləcəyi ehtimalını gücləndirir.

Sızdırılan məlumatlarla müharibədə həlak olan əcnəbilərlə bağlı bağlı yayılan qrafikdə ayrı-ayrı ölkələr üzrə rəqəmlər də yer alıb. Həmin göstəricilərə əsasən, siyahıda Qazaxıstandan 1,375, Özbəkistandan 1,301, Tacikistandan 831, Belarusdan 719, Qırğızıstandan 415 və Azərbaycandan isə 408 nəfərin döyüşlərdə həlak olduğu qeyd olunub.

Siyahıda həmçinin 248 Ermənistan vətəndaşının, 198 Moldova, 169 Türkmənistan, 137 Kolumbiya, 95 Gürcüstan, 83 Kuba üzrə, 72 Nepal və 62 Çin vətəndaşının öldüyünə dair məlumatlar yer alıb.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью