Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşun fikrincə, Ukrayna müharibəsində üstünlüyün Ukrayna, Rusiya, Avropa, yaxud ABŞ-a deyil, Çinə məxsus olduğunu deyib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə öz hesabında bildirib.
“Ukrayna müharibəsində kim qalib gəldi? Bu, əhali və iqtisadi cəhətdən məğlub edilmiş və ərazisinin təxminən dörddə birini itirən Ukrayna deyil.
Putini devirməyə, Rusiyanı dağıtmağa çalışan və bunu bacarmayan ABŞ deyil. Müharibə nəticəsində qana qərq olan və müflis olan Rusiya deyil. Bahalı enerji, artan müdafiə xərcləri və qapısının ağzında müharibə təhlükəsi ilə ABŞ-ın asılı vassalına çevrilən Böyük Britaniya/Avropa da deyil. Ukrayna müharibəsinin qalibi… Çindir”.
Britaniyalı ekspert qeyd edib ki, Çin öz sənayesini yanacaqla təmin etmək üçün Avropanın əlindən təhlükəsiz və ucuz Rusiya neftini aldı:
Patrik Uolş
“Çin böyük Rusiya bazarında avtomobil, telefon və əksər istehlak malları ticarətində Qərbi əvəz etdi. Əməliyyatlar üçün yuandan istifadə olunur. ABŞ dünyadakı əsas geosiyasi düşmənini gücləndirdi, dollar sistemini zəiflətdi, yuanı möhkəmləndirdi və Avrasiyanı vahid bloka çevirdi. Tramp bununla mübarizə aparmağa cəsarət etmir və Starmer “dilənçi kasası” ilə Çinə gedir. Co Bayden, sən Riçard Niksonun bütün əməyini puça çıxardın. Sən lənətə gəlmiş axmaqsan. Çin bir güllə də atmadan sakitcə qalib gəlir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul