Ukrayna müharibəsinin səbəbkar larına qarşı Rusiyanın siyasi təzyiq siyasətini başladacağı gözlənilir

20.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Putinin Avropaya təzyiqi olacaq. Çünki Ukraynada koalisiyanın əsasını Avropa Birliyi, o cümlədən NATO təşkil edir. Bu koalisiyanın Ukraynada Rusiyanın bu müharibəni qısa zamanda yox, artıq üç ildən yuxarı aparmasına səbəb oldu. Bu da o demək deyil ki, Rusiya Ukraynadan sonra Avropaya müharibə elan edə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert bildirib ki, dünyada ən döyüşkən orduları sırasında birincilik qazanan Rusiya, siyasi addımlarla öz məqsədlərinə nail olmaq üçün Avropaya öz təsirini çoxaldacaq və öz siyasətini Avropa məkanında genişləndirəcək.

Şair Ramaldanov

"Avropa ola bilsin ki, Rusiyaya enerji və digər məsələlərdə ayrı-ayrı ölkələr fonunda yenidən müraciət etsin və yeni razılaşmalar əldə etsin. Ancaq Rusiyanın artıq əvvəlki prizmadan yox, yeni prizmadan yanaşmasının və təhlükəsizlik baxımından prosesləri yenidən analiz etməklə, bu razılaşmalara müsbət addım atmasının şahidi olacağıq"-deyə Şair Ramaldanov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью