Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna danışıqları başa çatıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya nümayəndələri qaldıqları otelə qayıdıblar. Mətbuata heç bir rəsmi şərh verilməyib.
Xatırladaq ki, dünən başlayaraq Əbu-Dabidə Ukrayna münaqişəsini sonlandırmaq üçün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparır.