Ukrayna münaqişəsində dönüş nöqtəsi 2027 ci ildə baş verə bilər PROQNOZ

25.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ukrayna münaqişəsində dönüş nöqtəsi gələn ilin yazında və ya yayında yarana bilər. Bunu Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Reuters” agentliyinə müsahibəsində danışıb.

Rinkeviçsin sözlərinə görə, Ukrayna həm hərbi, həm də iqtisadi baxımdan müqavimət göstərə bilsə, münaqişədə dönüş nöqtəsi 2027-ci ildə baş verə bilər.

“Əgər Ukraynanın həm hərbi, həm də iqtisadi baxımdan tab gətirdiyini görsək, dönüş nöqtəsi gələn il – yazda və ya yayda yarana bilər”, – Latviya Prezidenti qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani Ukraynanın Rusiyanın “Merkuri” korvetinə zərbəsindən sonra münaqişənin Aralıq dənizinə yayılması riskinin olduğunu bildirib. Nazir regionda hərbi eskalasiyanın nəyin bahasına olursa-olsun qarşısının alınmasının vacibliyini vurğulayıb.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью