Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Ukraynadakı münaqişənin həlli yalnız onun əsas səbəblərini aradan qaldırmaqla mümkündür”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru və Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
O qeyd edib ki, Rusiya nümayəndə heyəti üç gündür ki, ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlar aparır:
“Biz prezident Putinə çox aydın şəkildə bildiririk ki, yalnız konstruktiv, hörmətli dialoq öz bəhrəsini verəcək. Ümumiyyətlə, Moskvaya hər hansı təzyiq cəhdləri mənasızdır”,
Əliyar Xəlil
Globalinfo.az