Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Ukraynanın ali müftisi Şeyx Əhməd Təmimdən AZƏRTAC

29.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Dekabrın 25-də baş verən təyyarə qəzası ilə əlaqədar Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Ukrayna müsəlmanları, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin kollektivi adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Uca Yaradandan yaralıların tezliklə sağalmalarını diləyirik.

Allah ölənlərə rəhmət eləsin, doğmalarına və yaxınlarına səbir versin.

Tanrı ölkələrimizə sülh, firavanlıq və rifah nəsib etsin.

Hörmətlə,

Şeyx Əhməd Təmim

Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri,

Ukraynanın ali müftisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью