Ukrayna müvəqqəti işğalda olan ərazilərindən oğurlanmış 11 uşağı geri qaytarıb

19.07.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna müvəqqəti işğal altında olan ərazilərdən və Rusiyadan 10 ilə 17 yaşları arasında olan 11 uşağı geri qaytarmağı bacarıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

"Xüsusilə bir ailənin hekayəsi çox təəccübləndirici idi, bu ailədən beş qardaş və bacı geri qaytarıldı. Uşaqlar oğurlanarq Rusiyaya aparılmışdı və uzun müddət onlardan heç bir məlumat yox idi. Yalnız sonra onlar böyüklər yaşına çatmış bacıları ilə Ukraynada əlaqə saxlayıb və "Bizi evə aparın" deyə bizdən xahiş etdilər", - deyə Yermak bildirib.

Onun sözlərinə görə, geri dönüş yolu çətin olub, çünki Rusiya orqanları təzyiq göstərib, prosesi ləngidib və onları fikirlərini dəyişməyə məcbur ediblər.

"Geri qayıtmaq bir ildən çox davam edən sıx və yorulmaz işin nəticəsi olub. Bu hekayə bir daha xatırladır: Ukrayna, uşaqları evə qayıtmadıqca dayanmayacaq", - deyə Prezident Ofisinin rəhbəri qeyd edib.

Həmçinin, Yermak Qətərə Ukraynalı uşaqların geri qaytarılmasında vasitəçilik etdiyi üçün təşəkkür edib və Ombudsman Ofisinin komandası ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Qeyd edək ki, iyun ayında Ukrayna, ağır yaralı və xəstə hərbçilər əsirlikdən azad edərək vətənə qaytarıb. Həmçinin, Ukrayna apreldə işğal altındakı ərazilərdən, Rusiyadan və Belarusdan 45 vətəndaşı geri alıb. Bu şəxslərdən bəziləri, işğalçı administrasiyalar tərəfindən hüquq pozuntuları, tibbi yardım çatışmazlığı, təzyiqlər və həyati təhlükə ilə üzləşmişdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью