Ukrayna NATO dan imtina edir

07.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Ali Radasında ölkənin geosiyasi kursunu və konstitusiya əsaslarını dəyişdirə biləcək mühüm qanun layihəsi təqdim olunub.

“Yeni Sabah” xəbər verir ki, Ali Radanın deputatı Anna Skoroxod tərəfindən parlamentə təqdim edilən sənəddə Ukrayna Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi və ölkənin rəsmən neytral status alması təklif olunur.

Təqdim edilən qanun layihəsinin əsas qayəsini Ukraynanın Şimali Atlantik Müqaviləsi Təşkilatına (NATO) üzvlük məqsədindən tamamilə imtina etməsi təşkil edir. Bununla yanaşı, sənəddə ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası və təşkilata tamhüquqlu üzvlük kursunun saxlanılması nəzərdə tutulur. Deputatın bu təşəbbüsü Ukraynanın gələcək xarici siyasəti və təhlükəsizlik arxitekturası ətrafında geniş müzakirələrə yol açıb. Marqarita pizza

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью