Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna və NATO Kiyevə DIANA proqramına çıxış imkanı verən anlaşma memorandumu imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın NATO yanında Daimi Nümayəndəliyi öz saytında məlumat verib.
Məlumata görə, Ukrayna Müdafiə Nazirliyi ilə DIANA Fondu arasında bağlanan razılaşma sayəsində Ukrayna şirkətləri və startapları müxtəlif tender və qrantlara çıxış əldə edə biləcək.
Bundan əlavə, Ukrayna NATO üzv ölkələrindəki 200-dən çox sınaq poliqonu ilə qarşılıqlı əməkdaşlıq edə biləcək.
Qeyd edək ki, Şimali Atlantika Alyansı (NATO) çərçivəsində həyata keçirilən DIANA proqramı mülki texnologiyaları hərbi ehtiyaclara uyğunlaşdırmağı hədəfləyir. O, həmçinin ikili təyinatlı texnologiyaların inkişafı üçün maliyyələşdirmə və yardım təmin edir. Proqram həmçinin bu cür texnologiyaların tətbiqini də əhatə edir.