Ukrayna NATOdan 20 ədəd hava hücumundan müdafiə sistemi TƏLƏB ETDİ

03.12.2024

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna mümkün qəzanın qarşısını almaq üçün NATO-dan “Hawk”, NASAMS və IRIS-T daxil olmaqla, daha 20 hava hücumundan müdafiə sistemi tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.
“Biz artıq partnyorlarımızı təcili ehtiyaclarımız barədə məlumatlandırmışıq və onlara tez cavab verdikləri üçün təşəkkür edirik.
Biz başa düşürük ki, Rusiya bizi elektrik enerjisi istehsal etmək imkanından məhrum etmək istəyir. Ona görə də bizim çoxlu dəstəyə və çoxlu həmrəyliyə ehtiyacımız var”, - deyə Sibiqa bildirib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью