Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna hazırda nə müharibəni davam etdirə, nə də bitirə biləcək vəziyyətdədir.
"Ölkə.az" xəbər verir ki, bunu Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, ölkənin hakim partiyası olan Gürcü Arzusu xarici qüvvələr, daxili müxalifət və QHT-lər ölkəni müharibəyə sürüklədikdə ehtiyatlı siyasət yürüdüb: "Çünki acı təcrübəmizdən bilirik ki, bu cür müharibələr necə bitir".
“Xarici qüvvələr və daxili müxalifət və ya QHT-lər bizi müharibəyə sürükləyəndə biz dedik ki, bu cür müharibələrin necə başladığını yaxşı bilirik və ən əsası, biz də çox yaxşı və acı təcrübədən belə müharibələrin necə bitdiyini bilirik. Ona görə də hakimiyyətimiz belə bir dağıdıcı müharibənin astanasında dayandığımız üçün xüsusilə ehtiyatlı idi. Ukraynada baş verənlər ciddidir. Ukrayna bu gün müharibəni nə davam etdirə, nə də bitirə biləcək bir vəziyyətdədir. Zelenskinin açıqlaması iki pis seçim arasında seçimlə üzləşdiyimizi təsdiqləyir. Məhz onlar bunun bizimlə də baş verməsini istəyirdilər ki, başqa seçimimiz olmasın və iki pis seçimlə üzləşək”, - Papuaşvili bildirib.
Elvin
Ölkə.az