Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, müvafiq sənəd Macarıstanın neft-qaz şirkəti (MOL) ilə “Naftoqaz” Ukrayna milli enerji şirkəti arasında imzalanıb.
“Yanacaq infrastrukturumuza edilən daimi Rusiya hücumları şəraitində tədarük marşrutlarının şaxələndirilməsi və atəş zonasından kənarda əlavə saxlama güclərinin yaradılması bütün bazarın sabitliyi məsələsidir”, – deyə şirkətin idarə heyətinin sədr əvəzi Sergey Fedorenko bildirib.
Qeyd olunub ki, memorandum region ölkələrinin yeni birliyi olan “Karpat səkkizliyi”nin sammiti çərçivəsində imzalanıb.
Ukrayna lideri Vladimir Zelenski sentyabrın 18-də “Karpat səkkizliyi”nin yaradıldığını elan edib. Formatın tərkibinə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan daxildir.(publika)