Ukrayna Niderlanddan da F 16 aldı

06.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna Niderland Krallığından F-16 qırıcıları alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.

"Ukrayna səması getdikcə daha çox qorunur. Ukrayna Hərbi Hava Qüvvələri çoxdan gözlənilən F-16-nı alıb", - o bildirib.

Umerov qeyd edib ki, bu müasir qırıcılar artıq Ukraynadadır və tezliklə döyüş tapşırıqlarını yerinə yetirməyə, müdafiəni gücləndirməyə və Rusiya təcavüzünə effektiv müqavimət göstərmək qabiliyyətinə başlayacaq.

Qeyd edək ki, bundan öncə Ukraynanın Fransadan ilk “Miraj” qırıcılarını alması barədə məlumat yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью