Ukrayna Niderlanddan yerüstü robotlar alacaq

07.10.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Niderlandın "Milrem Robotics" şirkəti müdafiə təşəbbüsü çərçivəsində Ukraynaya 150-dən çox THeMIS pilotsuz yerüstü nəqliyyat vasitəsi təqdim edəcək.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat verib.

Məlumatda qeyd olunur ki, bu, Ukraynanın hərbi texnologiya imkanlarını gücləndirmək üçün mühüm addımdır. THeMIS robotları müxtəlif hərbi əməliyyatlarda, kəşfiyyat və yükdaşımalarında istifadə olunur və müasir döyüş şəraitində üstünlüyü təmin edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью