Ukrayna nümayəndə heyəti Nyu Yorkda ABŞ rəsmiləri ilə görüşdü

24.09.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna nümayəndə heyəti Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof və Donald Trampın kürəkəni Cared Kuşner ilə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

V.Zelenski bildirib ki, danışıqlar Donald Tramp ilə olan görüşdən sonra baş tutub:

"Donald Tramp ilə müəyyənləşdirdiyimiz bütün məsələləri müzakirə etdik. ABŞ komandası Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün bir neçə həftə vaxt götürüb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью