Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar

20.05.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


May ayının 16-da İstanbulda təşkil olunmuş danışıqlarda Rusiya və Ukrayna nümayəndələri rus dilində danışıblar.
Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiyanın nümayəndə heyəti rus dilində danışırdı. Həmçinin bir neçə dilə: ingilis, türk və ukrayna dillərinə sinxron tərcümə edildi. Ukraynanın nümayəndə heyəti isə rusca danışdığı üçün bu görüşlər zamanı Ukrayna dilinə tərcümənin kimlər üçün edildiyi bəlli olmayıb”,- Türkiyənin İstanbul şəhərində baş tutan danışıqların hansı dildə aparılması ilə bağlı sualı cavablandıran Zaxarova belə deyib.
Bununla belə, Ukrayna mediası, eləcə də, "İnterfaks-Ukrayna" 16 mayda xəbər yayıb ki, bəzi mənbələrə görə, İstanbulda danışıqlarda iştirak edən Ukrayna heyəti rusiyalı nümayəndələrlə ancaq tərcüməçi vasitəsilə əlaqə saxlayıblar.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью