“Ukrayna ordusu 175 kv.km ərazini düşməndən azad edib”

29.09.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dobropil istiqamətində Ukrayna qoşunları uğur qazanaraq düşmən bölmələrinin bir hissəsini mühasirəyə alıblar”.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski özünün “Facebook” sosial media hesabında məlumat verib.

O bildirib ki, qoşunlarımızın dəqiq planlaşdırılmış və cəsarətli hərəkətləri sayəsində düşmən bölmələrinin bir hissəsi mühasirəyə alınıb.

Sırskinin sözlərinə görə, işğalçıların bu istiqamətdə ümumi itkiləri 3185 nəfərdir:

“İşğalçılar həmçinin 969 ədəd silah və hərbi texnikanı itiriblər. Əks-hücum əməliyyatı başlayandan azad edilmiş ərazinin sahəsi təqribən 175 kv.km-ə çatıb, 195 kv.km ərazi isə təxribat qruplarından təmizlənib”, - deyə o vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью