Ukrayna ordusu 30 mindən çox PUA ilə təchiz ediləcək

06.12.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Müdafiə Nazirliyi gələn il ordunu 30 mindən çox uzaqmənzilli pilotsuz uçuş aparatı (PUA) ilə təchiz etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, bu yeni nəsil pilotsuz uçuş aparatları hədəfi özü müəyyən edə və yüksək dəqiqliklə vura bilir.

Qeyd edilib ki, istehsal qismən xarici tərəfdaşlar tərəfindən maliyyələşdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью