Ukrayna ordusu Aİ nin müdafiəsində iştirak edə bilər

17.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Əgər Ukraynada sülh əldə olunarsa, Ukraynadakı döyüş təcrübəsi olan ordunun Aİ-nin şərq sərhədlərinin Rusiyadan müdafiəsində kömək edə biləcəyi nəzərdə tutulur.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının müdafiə komissarı Andrius Kubilius bildirib.

O, Ukraynanın hərbi təcrübəsinin digər müttəfiqlər üçün çox dəyərli olduğunu vurğulayıb. Komissar Ukrayna qüvvələrinin Litvada Almaniya briqadası və ABŞ döyüş batalyonları ilə birgə fəaliyyət göstərə biləcəyini qeyd edib.

A.Kubilis həmçinin bu addımın NATO-nun 5-ci maddəsi, ABŞ və Almaniya hərbi mövcudluğu ilə ziddiyyət yaratmayacağını bildirib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью