Ukrayna ordusu Birisoqlebsk aviabazasına raket zərbələri endirib

16.10.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

6 ədəd Su-34 hərbi təyyarəsi ya məhv edilib, ya da ciddi şəkildə zədələnib

Ukrayna ordusu bu gecə Rusiyanın Voronej vilayəti ərazisindəki Birisoqlebsk aviabazasına raket zərbələri endirib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nəticədə Rusiya Hava Kosmik Qüvvələrinə məxsus 6 ədəd Su-34 hərbi təyyarəsi ya məhv edilib, ya da ciddi şəkildə zədələnib.

Fakt peyk fotoları ilə təsdiqlənir.

Bu arada, Ukrayna ordusunun istifadə etdiyi "Starlink" rabitə sistemini 1 sutkalıq zəiflədən ABŞ-ın Donald Tramp adminstrasiyası qərarından geri çəkilib. "Starlink" Ukraynanın həm hücum əməliyyatlarında (işğal altındakı ərazilərdə), həm də Rusiya reaktiv dronlarına qarşı müdafiədə yararlandığı, çox kritik əhəmiyyətə malik sistemdir.

Tramp Rusiyadan dizel almaq qərarı ilə paralel "Starlink"i də zəiflədərək Ukrayna Prezidenti Volodimir Zelenski üzərində növbəti dəfə basqı qurub, onu işğalçı ilə əlverişsiz sülhə vadar etmək istədi. Lakin bu addımlar ABŞ daxilində, o cümlədən respublikaçılar çevrələrdə, eləcə də Avropada kəskin etirazla qarşılanıb. ABŞ ictimai rəyi bu məsələdə tamamilə Trampın əleyhinə çevrilib. İlon Mask prosesin onun Avropadakı biznesinə zərər vuracağını görərək Ukraynada "Starlink"in zəiflədilməsinə görə məsuliyyət daşımadığını, bu rabitə sisteminin hərbi sahədə tətbiqi səlahiyyətinin tamamilə siyasi rəhbərlikdə olduğunu bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью