Ukrayna ordusu bu ərazidə mühasirəyə düşdü

13.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna müdafiə qüvvələri Kuraxovski istiqamətində Annovka ərazisində əməliyyat mühasirəsinə düşüb.

Axar.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb.

Qeyd olunub ki, oradan gələn son xəbərlər narahatçılıq yaradır, vəziyyət getdikcə pisləşir:

"Həmin ərazidə yerləşən Uspenovka yaşayış məntəqəsində dəfələrlə düşmən qüvvələri aşkarlanıb. Ruslar fəal şəkildə bu yaşayış məntəqəsinə hücum etməyə, daha da irəliləyiş üçün dayaq əldə etməyə və kəndi tam ələ keçirməyə çalışırlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью