Ukrayna ordusu daha bir F 16 təyyarəsini itirdi

16.05.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Ukrayna Silahlı Qüvvələri növbəti "F-16" qırıcı təyyarəsini itirib.

Bu barədə "Hərbi icmal" ("Военное обозрение") məlumat yayıb.

Hərbi müxbirlərin bildirdiyinə görə, sosial şəbəkələrdə qəzanın mümkün səbəbləri fəal şəkildə müzakirə olunur. 

ABŞ istehsalı olan daha bir qırıcı təyyarənin itirilməsi ilə bağlı məlumat 16 may səhər saatlarında yayılıb. Ukrayna Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, "F-16" təyyarəsində hava hücumunun dəf edilməsi zamanı qeyri-adi vəziyyət yaranıb.

Qeyd edilir ki, pilot katapulta ilə təyyarədən atılmağa nail olub və onun həyatı təhlükədə deyil.

Hadisənin bütün detalları ilə bağlı araşdırma aparmaq üçün Ukrayna Hərbi Hava Qüvvələrində xüsusi komissiya yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью