Ukrayna ordusu Donbasda yaşayış məntəqəsini işğaldan azad etdi

15.09.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Kramatorsk rayonunun Sredneye kəndini işğaldan azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq layihəsinin analitikləri məlumat yayıblar.
Bildirilir ki, hərbçilər, həmçinin Donetsk vilayətinin Liman rayonundakı Şandrigolovo yaxınlığında düşmənin irəliləməsinə imkan verməyərək onu geri oturdublar.
Xatırladaq ki, daha əvvəl analitiklər Ukrayna ordusunun Liman şəhərindən şimalda Rusiya qüvvələrinin mövqeyini darmadağın etdiyini bildirmişdilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью