Ukrayna ordusu Donetskin bu ərazisini işğaldan azad etdi

08.07.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusu Donetsk vilayətində yerləşən Novoxatskoye kəndini ruslardan azad edib.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 37-ci ayrı-ayrı Dəniz Piyada Briqadası məlumat verib.

“Düşmənin müqavimətinə və ağır minalara baxmayaraq, dəniz piyadaları və paraşütçülər addım-addım onlara verilən tapşırığı yerinə yetiriblər. Düşmən mövqelərindən qovulub, itki verib və geri çəkiliblər", - deyə məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью