Ukrayna ordusu Donetskin Kotlyne qəsəbəsini geri qaytarıb

26.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ukrayna ordusu Donetsk vilayətinin Kotlyne qəsəbəsini geri qaytarıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Qeyd olunub ki, hücum əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələrinin 25-ci Əlahiddə Hava Desant Siçeslav Briqadasının desantları Pokrovsk yaxınlığındakı Kotlyne qəsəbəsini təmizləyiblər.

“Ukrayna Silahlı Qüvvələri düşməni kənddən sıxışdırıb çıxararaq, onların möhkəmlənməsinə mane olub”, - deyə vurğulanıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью