Ukrayna ordusu geri çəkilmə taktikasına keçir SƏBƏB

30.01.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Ukraynanın bütün cəbhə xətti boyunca müdafiəni eyni səviyyədə saxlamaq üçün kifayət qədər canlı qüvvəsi yoxdur və bu vəziyyət hərbi strategiyada dəyişiklikləri qaçılmaz edir.

Turkustan.az xəbər verir ki, The New York Times nəşrinin yazdığına görə, mövcud şəraitdə Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi hər qarış ərazini qorumaq yox, Rusiyanın döyüş əməliyyatlarının tempini yüksəltməsinə imkan verməməkdir.

Məlumata görə, Ukrayna ordusunun əsas qüvvələri Donetsk vilayətində cəmləşdirildiyi üçün Zaporojye istiqaməti nisbətən zəif müdafiə olunur. Bu isə Rusiya qoşunlarına həmin bölgədə irəliləyiş əldə etmək imkanı yaradıb.

Cəbhədə xidmət edən hərbçilər ciddi kadr çatışmazlığını etiraf edirlər. Belə ki, ştat üzrə 500 nəfərdən ibarət olması nəzərdə tutulan batalyonlarda real döyüşənlərin sayı təxminən 50 nəfərə qədər enib. Bu vəziyyət müdafiə xəttinin sıxlığını azaltmaqla yanaşı, Ukrayna komandanlığını taktiki manevrlərə üstünlük verməyə məcbur edir.

Qəzet yazır ki, Kiyev üçün əsas prioritet Rusiyanın sürətli irəliləyişinin qarşısını almaq və Moskvanın mümkün sülh danışıqlarında hərbi üstünlük əldə etməsinə imkan verməməkdir. Bu məqsədlə Ukrayna qüvvələri bəzi istiqamətlərdə mövqeləri saxlamaqdan çox, geniş manevr imkanlarını qorumağa çalışır. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью