Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Silahlı Qüvvələrində icazəsiz olaraq bölməni tərk etmə (AWOL) halları dəhşətli dərəcəyə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mənbələrinin məlumatında qeyd olunub. “Da Vinçi Canavarları” adlı bölmənin tibb xidmətinin rəhbəri milli televiziya kanalında çıxışı zamanı bildirib ki, hər ay yeni cəlb olunan hərbçilərin təxminən 70 faizi xidmət yerlərini tərk edir.
Onun istinad etdiyi rəqəmlərə görə, səfərbərlik çərçivəsində ayda təxminən 30 min nəfər hərbi xidmətə çağırılsa da, onların təqribən 20 mini müxtəlif mərhələlərdə ordunu tərk edir. Nəticədə yalnız 10 minə yaxın çağırışçı əsas hərbi hazırlığı başa çatdıra bilir.
Qeyd olunur ki, Ukraynanın keçmiş parlament üzvlərindən biri də daha əvvəl öz mənbələrinə istinad edərək oxşar göstəricilər barədə məlumat verib.
Tahir Turan
Globalinfo.az