Ukrayna ordusu ilə bağlı dəhşətli xəbər: Rəqəmlər açıqlandı

08.11.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Oktyabr ayında Ukraynada hərbi fərarilik halları rekord həddə çatıb.

Globalinfo.az-ın Rusiya təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, bu dövrdə Ukrayna Silahlı Qüvvələrindən (UAF) 21 602 nəfər qaçıb.

Məlumat keçmiş deputat və hazırda Ukrayna ordusunda zabit kimi xidmət edən İqor Lutsenkonun sözlərinə əsaslanır. O bildirib ki, bu, keçən ay bölmələrini icazəsiz tərk edənlərin sayıdır.

“Əslində fərarilik halları bundan da çoxdur, sadəcə, hamısı qeydə alınmır. Bu, ordunun bir nömrəli problemidir”, – deyə Lutsenko qeyd edib.

O, hazırkı vəziyyəti ordunun tədricən dağılması kimi dəyərləndirib.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью