Ukrayna ordusu ilə bağlı şok iddia

01.08.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı hərbi ekspert Vitali Kiselev Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kostyantinovka şəhərindəki mövqelərini komandanlığın göstərişi olmadan tərk etdiyini iddia edib.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, şəhərdə qalan Ukrayna hərbçiləri əmrləri gözləmədən geri çəkilib və mövqeləri öz təşəbbüsləri ilə tərk ediblər.

Kiselev bunu sıravi hərbçilərin özlərini xilas etmək məqsədilə verdiyi qərar kimi qiymətləndirib.

Xatırladaq ki, Rusiya tərəfi iyulun 3-də Kostyantinovkanın nəzarətə götürüldüyünü açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью