Ukrayna ordusu irəliləməyə başladı Mövqelər geri alındı

04.11.2024

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın şərqində (Donbas) şiddətli döyüşlər davam edir, Rusiya ordusu təzyiqi azaltmır. Buna baxmayaraq, Ukrayna qüvvələri müqaviməti uğurla davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Nəşr bildirir ki, son sutka ərzində Ukrayna qüvvələri Donetsk vilayətinin Drujba kəndində mövqelərini bərpa ediblər.

Rusiya qoşunlarına gəlincə, onların da cəbhənin digər hissələrində uğurlu həmlələri var.

“Düşmən Maksimivka, Yasnaya Polyana, Boqoyavlenka və Kreminnaya Balka yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью