Ukrayna Ordusu Kerç və Krasnodarda limanlara zərbə endirib

21.06.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Kerç və Krasnodarda limanlara zərbə endirib, yanğınlar baş verib.

Bu barədə UNİAN məlumat yayıb.

Qeyd edilib ki, səhər saatlarında Kerç şəhərinə zərbə dronları ilə kütləvi hücum həyata keçirilib. Kerçdə hədəflər arasında dəniz limanı, sənaye zonası, “TES-Terminal”, eləcə də neft məhsulları və mayeləşdirilmiş qazın saxlanılması və daşınması üçün istifadə olunan dəmir yolu terminalı yer alıb.

Krasnodar diyarında – Kerç boğazının Rusiya sahilində yerləşən “Qafqaz” limanında da güclü yanğının qeydə alınıb. Zərbə endirilən ehtimal olunan obyektlər arasında neft məhsullarının yüklənib-boşaldılması kompleksi, həmçinin bərəyə yüklənmədən əvvəl nəqliyyat vasitələrinin və yüklərin toplanaraq gözlədiyi meydança var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью