Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir. Görünən odur ki, cəbhə xəttində Ukrayna üçün kritik günlər başlayır.
Ukrayna ordusu son dövrlər ölkənin şimal-cənubunda Rusiyanın şiddətli hücumlarına tab gətirməyərək, bir sıra kiçik şəhərlər də daxil olmaqla, bəzi yaşayış məntəqələrini itirib.
Həmin istiqamətdə üstünlük hələ də Rusiya ordusunun tərəfindədir.Eyni zamanda, Kursk istiqamətində Ukraynanın tutduğu bəzi əraziləri itirdiyi barədə də məlumatlar var.
Başlıcası isə, Rusiyanın Dneprə atdığı “Oreşnik” raketləri qarşı tərəfin, o cümlədən ona dəstək verən Qərbin də xeyli dərəcədə məyus olmasına səbəb olub.
Analitiklər də Ukrayna ordusunun gücünün tükənmək üzrə olduğunu deyir.
MÖVZU İLƏ BAĞLI:Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşıb?
Bu fonda Rusiyanın Zaporejye istiqamətində hücuma hazırlaşdığı ilə bağlı xəbərlər yayılıb.
Ukrayna ordusunun çətin durumda olması, bu hücumlar nəticəsində daha bir vilayətin Rusiyanın əlinə keçməsi ehtimalını arıtıb.Müharibənin seyri necə dəyişəcək?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, Ukrayna zəif görünsə də, Rusiyanın Zaporejye və Xarkov kimi iri şəhərləri tutması ehtimalı sıfıra bərabərdir: “Ukrayna cəbhəsində Rusiya qoşunlarının irəliləməsi davam edir.