Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukrayna ordusu Rusiya ordusunu Kupyanskdan geri atıb və şəhərin demək olar ki, 90%-inə nəzarət edir.
APA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski bildirib.
“Aktiv axtarış-zərbə əməliyyatları sayəsində işğalçıları Kupyanskdan geri ata bildik və şəhərin ərazisinin demək olar ki, 90%-ni nəzarətə götürdük,” – Sırski qeyd edib.