Ukrayna ordusu Kursda KXDR əsgərini yaxalaldı FOTO

11.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

Kursk vilayətində Şimali Koreyadan olan hərbçilər ələ keçirilib.

Publika.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında hərbi əsirlərdən birinin fotoşəkillərini və hərbi biletinin şəkillərini dyayımlayıb.

Görüntülərdə sənədin Rusiya vətəndaşı, Tuva əsilli Arançin Antonin Ayasoviçə verildiyi görünür.

“Əsgərlərimiz Kursk bölgəsində Şimali Koreyadan olan hərbçiləri əsir götürüblər. Bu iki əsgər yaralı olsalar da, sağ qalıblar, Kiyevə aparılıblar və Ukrayna müstəntiqləri ilə əlaqə saxlayırlar”, - Zelenski yazıb.

Hüseyn İbadlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью