Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Kursk vilayətinə müxtəlif tipli 184 dronla hücum edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteynin sözlərinə görə, 14 avqust saat 09:00-dan 15 avqust saat 09:00-dək Ukrayna qüvvələri bölgənin boşaldılmış ərazilərini 67 dəfə artilleriya atəşinə tutub.
Bundan əlavə, dronlarla əraziyə partlayıcı qurğuların atıldığı 13 hücum qeydə alınıb.
Qubernator hücumlar nəticəsində itki olmadığını bildirib. Onun sözlərinə görə, Rılsk şəhəri və Rılsk rayonunda çoxmənzilli binanın damı, pəncərələri və giriş qapısı zədələnib. Həmçinin iki fərdi evin pəncərələrinə, fasadına və hasarına ziyan dəyib.
Fəaliyyət göstərməyən məktəbin də pəncərələri və eyvanı zədələnib.Bolşesoldatski rayonunda isə elektrik xəttinə enerji verilişi bərpa olunub.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin