Ukrayna ordusu Kurskda 27 rus hərbi qulluqçusunu əsir götürüb

16.01.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində 27 rus hərbi qulluqçusunu əsir götürüb.

Missiya.Az xəbər verir ki, bu barədə Ukraynanın Hava Desant Hücum Qoşunları özünün “Facebook” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, əsir götürülənlər Rusiya Federasiyası Silahlı Qüvvələrinin motoatıcı bölmələrinin, dəniz piyadalarının, hava-desant qoşunlarının və digər hərbi hissələrin zabitləri, çavuşları və əsgərləridir.

Qeyd olunub ki, bütün yaralılara dərhal ilkin tibbi yardım göstərilib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью