Ukrayna ordusu Kurskda 32 min 580dən çox hərbçisini itirib

14.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna ordusu son sutka ərzində Kursk vilayətində 430 nəfərə yaxın hərbçisini itirib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da Ukraynanın Kursk istiqamətindəki itkilərinin sayı 32 min 580 nəfəri ötüb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı qüvvələrinin bölgədə 212 tankı, 136 piyada döyüş maşını, 281 artilleriya sistemi və 1165 zirehli döyüş maşını məhv edilib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью