Ukrayna ordusu Kurskda bir neçə istiqamətdə əkshücuma başlayıb AZƏRTAC

05.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 5 yanvar, AZƏRTAC

Ukrayna müdafiə qüvvələri Kursk bölgəsində bir neçə istiqamətdə əks-hücuma keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram səhifəsində bildirib.

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarından yazıb.

“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью