Ukrayna ordusu Pesçanoyeni azad etdi

16.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna ordusu rus hərbçiləri Donetsk vilayətinin Pokrovsk şəhəri yaxınlığındakı Pesçanoye yaşayış məntəqəsindən çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Xortitsa” əməliyyat-strateji qruplaşmasının zabiti Viktor Trequbov məlumat verib.

Onun sözlərinə görə, həmin ərazidə uzun müddətdir döyüşlər gedirdi və kənd əldən-ələ keçdiyindən “boz zona” hesab olunurdu.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 13-də verdiyi məlumatda Donetsk vilayətinin Pesçanoye yaşayış məntəqəsinin ələ keçirildiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью