Ukrayna ordusu reaktiv dronu lazerlə məhv etdi Tarixdə ilk Video

26.11.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna dünyada ilk dəfə real döyüş şəraitində döyüş lazerindən istifadə etməklə reaktiv “Şahed” dronunu məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin müdafiənin texnoloji istiqamətlərinin inkişafı üzrə müşaviri Sergey (Fleş) Beskrestnov sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, hadisə bir neçə gün əvvəl kritik infrastruktur obyektinin müdafiəsi zamanı baş verib. Dronun vurulmasında “Carmine Sky” şirkətinin istehsalı olan “Blysk” lazer qurğusundan istifadə edilib.
Beskrestnov lazerin gücünün 4 kVt, effektiv məsafəsinin isə 1 kilometrə qədər olduğunu bildirib. Qurğunun dronun gövdəsini bir neçə saniyə ərzində sıradan çıxara bildiyi qeyd olunur.
Müşavir vurğulayıb ki, Ukraynada bir neçə şirkət lazer texnologiyalarının hava hücumundan müdafiə sistemlərində tətbiqi istiqamətində araşdırmalar aparır. Bununla belə, yüksək maliyyət və texnologiyanın mürəkkəbliyi səbəbindən seriyalı istehsal barədə danışmaq hələ tezdir. Sınaqlar döyüş şəraitində davam etdirilir.
Qeyd edək ki, İsrail 2024-cü ildə lazer qurğularından istifadə etməklə “Hizbullah”ın pilotsuz uçuş aparatlarını vurduğunu açıqlamışdı. Böyük Britaniya isə 2025-ci ilin noyabrında “DragonFire” lazer sistemi ilə yüksəksürətli dronun poliqon sınaqları zamanı məhv edildiyini bildirmişdi.
Ukraynanın bu hadisə ilə fərqləndiyi məqam isə reaktiv zərbə dronunun lazer vasitəsilə real döyüş şəraitində vurulmasıdır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью