Ukrayna ordusu Rusiyanın neft bazasını vurdu

11.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiyanın neft bazasını vurub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Mənbə qeyd edir ki, zərbə nəticəsində neft bazasında yanğın olub.
Xatırladaq ki, “Bryansk” neft bazası “Drujba” neft kəmərinin əsas doldurma məntəqəsidir. Onun əsas funksiyası dizel yanacağının qəbul edilməsi, saxlanması, bölüşdürülməsi və avtosisternalar, eləcə də dəmir yolu nəqliyyatı vasitəsilə daşınmasıdır. Bu obyekt Rusiya ordusuna təchizat məqsədilə aktiv şəkildə istifadə olunur.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью