Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələrinin son bir neçə gündə Rusiyanın 10 neft emalı zavoduna endirdiyi hava zərbələri Rusiyanın ümumi neft email gücünü ən azı 17 faiz zəiflədib. Bu da sutkada 1,1 milyon barelə bərabərdir.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ukrayna getdikcə daha çox Rusiyanın neft emalı zavodlarını, neft bazalarını və hərbi sənaye obyektlərini hədəfə alır, bununla da Moskvanın neftin emal və ixrac imkanlarını zəiflədir.
Euronews xəbər verir ki, Ukraynanın son günlərdə həyata keçirdiyi hava hücumları Rusiyanın bəzi regionlarında qaz çatışmazlığına da səbəb olub.
Elcan
Missiya.Az