Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Ukrayna ordusu yenidən Kursk vilayəti istiqamətində Rusiya sərhədini yarıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyalı hərbi müxbirlərə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində Ukrayna ordusu Qluşovka rayonunun Novıy Put kəndini ələ keçiriblər.
Məsələ ilə bağlı Rusiya və Ukrayna tərəfindən heç bir rəsmi açıqlama verilməyib.