Ukrayna ordusu Sevastopola hücum ETDİ

02.06.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ordusu Sevastopola PUA-larla hücum edib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Sevastopolun qubernatoru Mixail Razvojayev bildirib ki, şəhərə qarşı həyata keçirilən hücum zamanı hava hücumundan müdafiə sistemləri işə salınıb. Onun sözlərinə görə, Balaklava bölgəsində iki pilotsuz uçuş aparatı vurulub.

Qubernator qeyd edib ki, hərbçilər Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edir, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları fəaliyyət göstərir.

Hazırda hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью